Koçaryandan etiraf: `Ermənistan Azərbaycana uduzdu`


21:34     01 İyun 2016 151006144531_robert_kocharyan_624x3516.jpg

"Azərbaycan ordusu gecə vaxtlarında Ermənistan Silahlı Qüvvələrinə xeyli problem yaşadıb".


Femida.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan "2rd.am" nəşrinə müsahibəsində söyləyib.

"İki ildən çoxdur qarşı tərəf gecə vaxtlarında bizə xeyli problem yaşadır. Bu da onların bütün zəruri vasitələrlə təchiz olunmasından irəli gəlir. Bəs bizə ordunu lazimi sayda gecəgörmə cihazları, termoqrafik kameralar, gecə nişangahları, rabitə vasitələri, mobil resurslar üçün fərdi qoruyucu avadanlıq ilə təchiz etməyə nə mane olurdu?", - deyə R.Koçaryan bildirib.

Koçaryanın sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.

Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün sərfəli deyil, bu, onu vasitəçilər arasında çətin seçim qarşısında qoyur:

“Ən yeni hərbi silahlarla hücuma keçməklə Bakı hərbi balansı pozdu. Bu niyə baş verdi? Bu hadisələrin qarşısını almaq mümkün idimi? Bu suallar uzun müddət müzakirə predmeti olaraq qalacaq.

Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, baş verənlərə qiymət verməkdən çəkinirəm”.

Açar sözlər:

Oxunub: 3490